Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirinin ilk turunda ABŞ təmsilçisi Uesli Soya uduzan Hollandiya şahmatçısı Aniş Giri məğlubiyyəti zəif oyunuyla izah edib. O, turnirə məğlubiyyətlə başladığına görə təəssüfləndiyini qeyd edib: "Müəyyən mənada məğlubiyyətdən xilas olmaq mümkün idi. Amma rəqib təzyiqi artırdı və nəticədə istədiyi qələbəni qazandı. Partiyanın gedişində dəyişiklik etmək istəsəm də alınmadı. Təəssüf ki, məğlubiyyətlə başladım".
Uesli So isə qələbəni düzgün oyunu ilə əlaqələndirib: "Belə səviyyəli turnirə qələbə ilə başlamaq çox gözəldir. Növbəti turlara daha yaxşı hazırlaşacağam. İstərdim ki, uğurun davamı gəlsin. Bu, ardıcıl üçüncü qələbəm oldu. Buna qədər ABŞ çempionatında son iki turda qalib gəlmişdim. Ardıcıl üç məğlubiyyətdən sonra 9-cu turda oyun zamanı kağıza müsbət sözlər yazmağa başladım. Kağıza "uduzmaq", "oyuna sona qədər" və s. yazırdım. Amma hakim 9-cu turda mənə texniki məğlubiyyət verdi. Sən demə, şahmat qaydalarında oyun zamanı yazmaq olmaz. Daha belə səhvlər etməyəcəyəm. Giri üzərində qələbə məni sevindirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB