Vladimir Kramnik: "Uğuru davam etdirmək lazımdır"

Vladimir Kramnik: "Uğuru davam etdirmək lazımdır"

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirinin ilk turunda İngiltərə təmsilçisi Maykl Adams sabiq dünya çempionu Vladimir Kramnikə məğlub olub. SİA-nın məlumatına görə, şahmatçılar oyun barədə media nümayəndələrinin suallarını cavablandırıblar. Vladimir Kramnik Avropa ilə saat fərqinin dincəlməyinə təsir etdiyini qeyd edib: "Bu gün yuxudan gec oyanmışam. Əslində saat 12:00-da oyanmaq istəsəm də, saat 13:15-də yuxudan durdum. Şəmkirdə vaxtla bağlı kiçik məqamlar var. Avropada yaşayıram. Azərbaycanla 3 saat fərqimiz var. Ona görə hələ öyrəşməmişəm. Bununla belə nahar etdim. Nahara gec düşdüm və oyun ərəfəsində dincələ bilmədim. Sevinirəm ki, qələbə qazandım. Belə nüfuzlu turnirə qələbə ilə başlamaq əladır. Amma indi uğuru davam etdirmək lazımdır".

Onun rəqibi Maykl Adams isə "ŞəmkirChess 2015" turnirinə ən sonda dəvət aldığını bildirib: "Müəyyən mənada hazırlaşa bilmişəm. Teymur Rəcəbov yarışda iştirak edə bilmədiyini elan edəndə təşkilatçılar mənə dəvət göndərdilər. Yarışda belə güclü şahmatçıların iştirak etdiyini öyrənəndə çox sevindim. Kramniklə oyun rəqib üçün yaxşı alındı. Səhvlər oldu, daha doğrusu rəqib səhv etməyə məcbur etdi. Bir məğlubiyyətlə heç nə dəyişmir. Əsas mübarizə irəlidədir".

Bütün xəbərlər Facebook səhifəmizdə