Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirində İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayan Şəhriyar Məmmədyarov qarşılaşmadan oyundan sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, partiyada qələbə üçün irəliləməyin mümkün olmadığını qeyd edib: "Bu partiyada qələbə görünmürdü. Üstünlük var idi, amma üstünlük qələbə demək deyil. Gedişlərdə qələbə üçün mümkünlük hiss olunmadı. Sona qədər bir fil fiquru artıq qaldı. Lakin rəqib səhvə yol vermədi. Karuana çox ustalıqla müdafiə olundu".
Fabiano Karuana isə Şəhriyar Məmmədyarovun onu təəccübləndirmədiyini deyib. O, məğlubiyyət barədə düşünmədiyini bildirib: "Şəhriyar yaxşı gedişlər etdi. Lakin üstünlüyü artırmadı. Çox az səhvim oldu. Bəzi gedişləri etsəydim, nəticə fərqli olacaqdı. Müəyyən gedişləri təhlil etsəm də başqa çıxış yolu yox idi. Uğur qazanmaq istəyirdim. Fikrimcə startda yarım xal pis deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB