Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirinin ilk turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Vişvanatan Anand qarşılaşmadan sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, ilk olaraq turnir barədə danışıb: "Yarışın sözün əsl mənasında böyük şahmatçı Vüqar Həşimova həsr olunması yaxşıdır. Üç dəfə müxtəlif yarışlarda onun partiyalarını təhlil etmişəm. Bir neçə dəfə görüşümüz olub. Bilirdim ki, Vüqar mənim fanatım olub. Son dəfə onunla bir saat söhbət etdik. Elə bir insanın həyatda olmaması çox pisdir.
Karlsenlə oyuna gəlincə, üstünlüyüm var idi. Sadəcə nədənsə istədiyimi edə bilmədim. Rəqib vəziyyətdən çıxdı. Şəmkir turnirində istənilən nəticəyə hazır olmalısan. Bu yarışda çox güclü iştirakçılar var".
Anand həmçinin Şəmkirə tək gəlməsinin səbəbini də açıqlayıb: "Hər zaman həyat yoldaşım yanımda olur. Şəmkirə isə onsuz gəlmişəm. Oğlum balacadır, 4 yaşı var. Oona görə səfərə tək çıxmalı oluram".
Dünya çempionu Maqnus Karlsen isə debütdən pis vəziyyətlə qarşılaşdığnı qeyd edib: "Ananda qarşı xüsusi hazırlaşmışdım. Sadəcə debüt uğurlu olmadı. Üstünlük qazanmadım. Ona görə irəliləmək mümkün olmadı. Oyunun belə alınacağını gözləməzdim. Növbəti partiyalar haqda düşünmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 172
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 173




USD
EUR
GBP
RUB