Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" superturnirinin ilk turuna start verilib. SİA-nın məlumatına görə, Şəmkirdə Heydər Əliyev Mərkəzində keçirilən yarışda ilk gedişi Vüqar Həşimovun bacısı qızı Nərmin Allahverdiyeva edib. O, dünya çempionları Maqnus Karlsen və Vişvanatan Anandın qarşılaşmasında ikincinin əvəzindən gediş edib.
Qeyd edək ki, püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adamsla qarşılaşır.
Yarış aprelin 26-dək davam edəcək.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB