FİDE prezidenti: "Şəmkir dünyanın şahmatsevərlərinin diqqət mərkəzində olacaq" AÇIQLAMA

FİDE prezidenti: "Şəmkir dünyanın şahmatsevərlərinin diqqət mərkəzində olacaq" AÇIQLAMA

"Planetin ən güclü şahmatçıları Azərbaycanın gözəl şəhəri Şəmkirdə bir araya gəliblər". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov jurnalistlərə açıqlamasında deyib. O, "ShamkirChess 2015"də son dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vladimir Kramnik, Vişvanatan Anand və digər ölkələrin çox güclü şahmatçılarının mübarizə aparacağını vurğulayıb: "Şəmkir yarışın keçiriləcəyi növbəti 10 gün müddətdində dünyanın şahmatsevərlərinin diqqət mərkəzində olacaq. Bu yarış 2-ci dəfədir keçirilir. Bütün şahmatçılar və şahmat həvəskarları bu turniri sevirlər. Ona görə dünya çempionları da təşkilatçıların dəvətini məmnuniyyətlə qəbul ediblər".

Xatırladaq ki, bu gün Şəmkirdə Heydər Əliyev Mərkəzində mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" turnirinin açılış və püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə, birinci turda Maqnus Karlsen Vişvanatan Anand, Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov Maksim Vaşye-Lagrav, Uesli So Aniş Giri, Vladimir Kramnik Maykl Adamsla qarşılaşacaq. Yarışın ilk turu aprelin 17-də saat 15:00-da start götürəcək. Turnir aprelin 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə