Millimiz Gürcüstanı darmadağın etdi

Millimiz Gürcüstanı darmadağın etdi

Bu gün Bakıda təşkil olunan UEFA-nın növbəti İnkişaf turnirinə start verilib. 16 yaşadək qadın futbolçulardan ibarət komandaların yarışında 4 yığma mübarizə aparır. Azərbaycan millisi ilk sınağında Gürcüstanla qarşılaşıb. "Bayıl Arena"da keçirilən oyunda yığmamız rəqibinə 5 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, digər görüşdə Yunanıstan və Qazaxıstan milliləri üz-üzə gəlib. Oyun Yunanıstanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.

16 aprel

16:00. Azərbaycan – Gürcüstan - 5:0

Qollar: Çağla Miray Kanpara, 13 (1:0), Dilgə Uyğun, 22 (2:0), Haticə Özdəmir, 30 (3:0), Vüsalə Seyfəddinova, 61 (4:0), Dilgə Uyğun, 64 (5:0)

Bakı. Bayıl stadionu

Yunanıstan – Qazaxıstan - 10:0

Bakı. "Dalğa Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə