Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi münasibətilə dərc edilmiş "Bitməyən matç" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, kitabın müəllifi Varis Yolçuyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranları, media nümayəndələri və başqaları iştirak ediblər.
Varis Yolçuyev müəllifi olduğu və 3000 tirajla Azərbaycan və Rus dillərində çap edilən "Bitməyən matç" kitabı barədə məlumat verib. Bildirib ki, kitabda N.Süleymanovun karyerasından bəhs edilib, tanınmış simaların fikirlərinə yer verilib.
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev səbəbkar barədə ürək sözlərini söyləyib. Diqqətə çatdırıb ki, Nazim Süleymanov və Vəli Qasımov kimi tanınmış futbolçular beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər: "Sevindirici haldır ki, Nazim Süleymanov haqda kitab çap edilib".
Tədbirdə iştirak edən qonaqlar Nazim Süleymanov və kitabı haqda fikirlərini bölüşüblər.
Qeyd edək ki, sonda çıxış edən Nazim Süleymanov tədbirdə iştirak etdiklərinə görə hər kəsə təşşəkkür edib və "Bitməyən matç" kitablarını imzalayaraq iştirakçılara verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB