"Bakı-2015" I Avropa Oyunları zamanı ökəmizə gələcək idmançı və nümayəndə heyətlərinin məskunlaşması üçün Atletlər Kəndində son tamamlanma işləri aparılır. Heydər Əliyev prospekti 117 ünvanında yeləşən şəhərcikdə atletlərin qalması və istirahəti üçün hər cür şərait yaradılıb. Şəhərcikdə yaşayış binaları ilə yanaşı, istirahət mərkəzləri, yeməkxanalar və çamaşırxana da inşa olunub. Atletlər Kəndinin təhlükəsizliyi yüksək səviyyədə qorunur.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Atletlər Kəndi üzrə qarşılama və qonaqlama meneceri Alim Poladov I Avropa Oyunları zamanı bütün idmançıların cəmləşəcəyi məkan olan Atletlər Kəndi haqqında geniş məlumat verib: "Burada 10 və 15 mərtəbədən ibarət 13 bina var. Atletlər Kəndində 7878 atlet məskunlaşa bilər. Hər mərtəbədə 3 və ya 5 mənzil mövcuddur. Hər mənzildə isə 3 və ya 5 yataq otağı var. Atletlər Kəndinin mənzillərində minumum 6, maksimum 10 atlet yerləşə bilər. Ərazidə Əməliyyatlar şöbəsi ofisi də yerləşir. Həmin ofisdə şəhərciyin idarə olunması üçün işçi heyəti çalışır. Onlar 24 saat fəaliyyət göstərirlər".
Menecerin sözlərinə görə, Atletlər Kəndində idmançılar üçün 7 istirahət mərkəzi var: "İstirahət mərkəzlərindən 4-ü 24 saat fəaliyyət göstərir. Ərazidə çamaşırxana və 2 yeməkxana mövcuddur. Bunlardan biri böyük yeməkxanadır. Burada eyni zamanda 2 min atletə xidmət göstərilə biləcək. İkinci yeməkxana "Azərbaycanın ən yaxşıları" adlanır. Burada qonaqlara yalnız Azərbaycan mətbəxindən yeməklər təqdim olunacaq və eyni zamanda 400 atletə xidmət göstərilə biləcək. Üçüncü yeməkxana isə işçi heyəti üçün nəzərdə tutulub. Hazırda yeməkxanaların hər üçündə tikinti işləri davam edir".
A. Poladov Atletlər Kəndinin təhlükəsizliyinin təmin olunması barədə də danışıb: "Atletlər Kəndinin təhlükəsizliyi yalnız "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin təhlükəsizlik əməkdaşları tərəfindən yox, həm də Müdafiə Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən qorunur. İdmançıların yüksək səviyyədə təhlükəsizliyi təmin olunacaq".
O qeyd edib ki, artıq 90 faiz ölkələrlə müqavilə bağlanılıb və onların Azərbaycana gələcək heyətlərinin sayı müəyyənləşdirilib. Menecer deyib ki, Atletlər Kəndinə yalnız akkreditasiya ilə təmin olunmuş idmançılar daxil ola biləcək.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları bu il iyun ayının 12-dən 28-dək keçirilsə də, idmançıların yerli hava şəraitinə uyğunlaşması və təlim-məşq toplanışları üçün ölkəmizə daha əvvəldən gəlmələri gözlənilir.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB