Millimizin "Bakı-2015"in test yarışında çıxış edəcək heyəti müəyyənləşib

Millimizin "Bakı-2015"in test yarışında çıxış edəcək heyəti müəyyənləşib

Bu gün "Cristal Hall"da Avropa Oyunlarına test xarakteri daşıyan boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə start veriləcək. SİA-nın məlumatına görə, 5 gün davam edəcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq. Yarış həm kişilər, həm də qadınlar arasında keçiriləcək.

Yarışların günorta proqramı hər gün saat 13:00-da, axşam proqramı isə saat 19:00-da start götürəcək. Yalnız bu gün turnir saat 19:00-da başlayacaq.

Azərbaycan milli komandası "Böyük İpək Yolu" turnirində güclü heyətlə çıxış edəcək. Heyəti nəzərinizə çatdırırıq:

49 kq: Salman Əlizadə, Rüfət Hüseynov, Cavid Dadaşov

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə

56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev, Kənan Hüseynəliyev

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor, Cavid Quliyev, Zaur Abdullayev

69 kq: Tamerlan Abdullayev, Yevgeni Romaşkeviç

75 kq: Kamran Şahsuvarlı, Xaybula Musalov, Nikolay Veselov

81 kq: Rauf Rəhimov, Vətən Hüseynli, Eldar Quliyev

91 kq: Teymur Məmmədov

+91 kq: Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev

Qızlardan ibarət milli komanda:

51 kq Anaxanm Ağayeva

51 kq Əzizə Abbasova

54 kq Anna Əlimərdanova

60 kq Yana Alekseyeva

64 kqYelena Vıstropova

75 kq Leyla Cavadova

Bütün xəbərlər Facebook səhifəmizdə