Şəmkir şahmat üzrə superturnirə hazırdır FOTO

Şəmkir şahmat üzrə superturnirə hazırdır FOTO

Aprelin 16-dan 26-dək keçiriləcək mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturniri üçün bütün hazırlıq işləri başa çatıb. SİA-nın məlumatına görə, artıq dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand Şəmkir şəhərindədir.

Xatırladaq ki, Şəmkir şəhərində təşkil olunan mötəbər yarışda dünyanın aparıcı qrossmeysterləri - hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.

Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Superturniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən də izləmək olar. Bütün oyunlar Azərbaycan, rus və inglis dillərində şərh olunacaq.

"Synergy Group"un təşkilatçılığı ilə keçiriləcək turnirin açılış mərasimi aprelin 16-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Yarışın ilk turu aprelin 17-də saat 15-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə