"Barselona"nın ulduz futbolçusu Lionel Messi Kataloniya klubunun jurnalına müsahibə verib. Maraqlı fikirləri ilə diqqət çəkən argentinalı forvard son vaxtlar penalti vurmağın artıq onun üçün çətin olduğunu dilə gətirib. Bu mövsüm qaçırdığı penaltilərdən danışan Messi bunu belə şərh edib: "Həddindən artıq penalti vururam. Həm "Barselona"da, həm də Argentina millisində 11 metrlik zərbələri mən vururam. Və qapıçılar hər dəfə penalti vuranda məni daha yaxşı tanıyırlar.
Dəqiq vurulmuş zərbənin qapıçılar üçün çətin anlar yaşatdığını bilirəm, ancaq bu iş son vaxtlar mənim üçün çətinləşib. Çünki qolkiperlər məni tanıdıqlarına görə zərbənin istiqamətini müəyyənləşdirə bilirlər".
Bundan əlavə, Messi bu vaxta qədər etdiyi het-triklərin həmişə özü üçün xüsusi əhəmiyyəti olduğunu qeyd edərək, hər het-trikdən sonra həmin oyunun topunu bütün komanda yoldaşlarına imzalatdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB