Asiyada DÇ-2018-in ikinci seçmə mərhələsinin püşkatması keçirilib. İkinci seçmə mərhələdə 40 milli komanda hərəsində 5 komanda olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup qalibləri və qrupda iknci pilləni tutmuş ən yaxşı 4 milli 3-cü mərhələyə vəsiqə qazanacaq.
İkinci seçmə mərhələnin oyunları iyunda start götürəcək.
A qrupu: BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin, Şərqi Timor, Malayziya.
B qrupu: Avstraliya, İordaniya, Tacikistan, Qırğızıstan, Banqladeş.
C qrupu: Çin, Qətər, Maldiv adaları, Butan, Honkonq.
D qrupu: İran, Oman, Hindistan, Türkmənistan, Quam.
E qrupu: Yaponiya, Suriya, Əfqanıstan, Sinqapur, Kamboca.
F qrupu: İraq, Vyetnam, Tailand, İndoneziya, Tayvan.
G qrupu: Cənubi Koreya, Küveyt, Livan, Myanma, Laos.
H qrupu: Özbəkistan, Bəhreyn, Filippin, KXDR, Yəmən.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB