Dünya çempionu Maqnus Karlsen Azərbaycana gəlib FOTOLAR

Dünya çempionu Maqnus Karlsen Azərbaycana gəlib FOTOLAR

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. SİA-nın məlumatına görə, hava limanında qonağı "ShamkirChess 2015" turnirinin təşkilatçısı "Synergy Group"un rəsmiləri qarşılayıb. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.

"Synergy Group" ASC-nin təşkilatçılığı ilə keçiriləcək superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə