Kikboks üzrə ölkə çempionatı keçiriləcək

Kikboks üzrə ölkə çempionatı keçiriləcək

18-19 aprel tarixlərində Azərbaycan Kikboksinq Federasiyası XXI Azərbaycan çempionatını keçirməyə hazırlaşır. Kikboksinq Federasiyasından SİA-ya verilən xəbərə görə, çempionat Azərbaycan Resublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən Sərhədçi Olimpiya Kompleksində keçiriləcək. Çempionatın keçirilməsində əsas məqsəd 2015-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnerdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Aprel ayının 18-də strat verilən yarışların yarımfinal və final görüşləri aprel ayının 19-da baş tutacaq. Belə ki, yarışlar kişilər arası və kadetlərin 2 yaş qrupu (11 yaşa qədər və 11 yaşdan 14 yaşa qədər) arasında olacaqdır. Respublika Çempionatında ölkədə kikboksinq üzrə fəaliyyət göstərən bütün klub və filialların idmançıları, ümumilikdə 350 nəfərdən yuxarı kikboksçuların iştirakı planlaşdırılıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev artıq belə yarışların mütamadi olaraq keçirildiyini qeyd edib: "Məqsəd belə tədbirlərlə gənclər arasında idmanın inkişafına dəstək olmaq və idmanın kütləviliyini təmin etmək, xüsusilə, gənclərdə vətənpərvər ruhunu güclədnirmək, narkomaniyaya yox demək və gənclərin pis vərdişlərdən uzaq tutmaqdır. Cənab Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətə yaxından dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq".

Qeyd edilib ki, yarışın təntənəli açılışı 18 aprel saat 15-00 da baş tutacaq. Final mərhələ isə 19 aprel saat 15-00 da gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə