Azərbaycan gimnastı Ayşən Bayramova, İtaliyanın Pesaro şəhərində Dünya Kuboku ilə yanaşı keçən bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbaut xidmətindən SİA-ya verilən məlumata görə, gürzlərlə çıxış edən idmançımız üçüncü yerdə qərarlaşıb. Birinci və ikinci yerləri isə Rusiya və Belarus gimnastları bölüşüblər. Gimnastımızın komanda yoldaşı Zeynep Çelep isə komanda hesabında üçüncü yerin bir neçə addımlığında dayanıb.
İlin əvvəlindən başlayaraq, çətin və maraqlı çıxışları ilə bədii gimnastika sevərləri təəccübləndirən yeniyetmələrdən ibarət komandamız çoxnövçülükdə 5-ci yerdə qərarlaşıb.
Bunlarla yanaşı, Dünya Kubokunda Marina Durunda, Gülsüm Şəfizadə və böyüklərdən ibarət komandamız da çıxış ediblər. Hər 4 finala vəsiqə qazanan Marina Durunda fəxri kürsüyə çıxmağın bir neçə addımlığında dayanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB