Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın Berlin TV kanalında reportaj təqdim edilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbyacnda keçiriləcək Birinci Avropa Oyunları və ölkəmizin bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Qeyd edək ki, Şuranın dəstəyi ilə Almaniyanın "Godd Media" təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj Berlin TV kanalında yayımlanacağı gözlənilir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB