Aprelin 12-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının bürünc mükafatçısı müəyyənləşib. Turnirin final seriyasının cavab oyunları çərçivəsində üçüncü yer uğrunda görüşdə "Azəryol" və "Azərreyl" komandaları qarşılaşıb.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə "Azəryol" komandası 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında aprelin 10-da təşkil olunan ilk oyunda da "Azəryol" eyni hesablı qələbə qazanmışdı. İki oyunun nəticəsinə görə, "Azəryol" klubu Azərbaycan Super Liqası yarışlarının bürünc medalına sahib olub.
Beləliklə, "Azəryol" komandası ölkəmizi Avropa Voleybol Konfederasiyas (CEV) kuboku, "Azərreyl" isə Çellenc kuboku yarışlarında təmsil edəcək.
Turnirin həlledici görüşündə isə "Rabitə" və "Lokomotiv" komandaları qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB