Kayt "Fənərbaxça" ilə yollarını ayırır

Kayt "Fənərbaxça" ilə yollarını ayırır

Hollandiya millisinin eks futbolçusu Dirk Kayt "Feyenoord" klubu ilə anlaşıb. Təcrübəli yarımmüdafiəçi növbəti mövsüm doğma klubuna qayıdacaq.

O, Rotterdam təmsilçisi ilə 1 il müddətinə müqavilə imzalayıb. Beləliklə, 9 mövsüm fasilədən sonra Kayt yenidən Hollandiyaya dönəcək.

O, 2003-06-cı illərdə də "Feyenoord"un formasını geyinib.

"Türkiyədə 3 gözəl mövsüm keçirdim. Mümkün olan titulları qazandım. 9 illik fasilədən sonra Hollandiyaya qayıtmaq üçün yaxşı vaxtdır. Ümid edirəm ki, "Feyenoord"a ikinci dönüşüm uğurlu olacaq və titullar qazanacağıq" - Kayt deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə