"Qarabağ" FK haqda sənədli film çəkilib

"Qarabağ" FK haqda sənədli film çəkilib

Amerikalı jurnalist Tomaz Qolst və azərbaycanlı jurnalist Şakir Eminbəyli "Qarabağ" klubu haqqında sənədli film çəkiblər. SİA-nın məlumatına görə, bununla bağlı Ağdam təmsilçisinin bazasında tədbir keçirilib. Tədbirdə "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, filmin müəllifləri - amerikalı jurnalist Tomaz Qolst, azərbaycanlı jurnalist Şakit Eminbəyli və digərləri iştirak ediblər.

Klubun vitse-prezidenti T. Gözəl sənədli filmin müəlliflərinin "Qarabağ"ın dünyada tanınmasında köməklik göstərdiklərini deyib. O, jurnalistlərə minnətdarlığını bildirib: "Qarabağ" uğurlu çıxışları ilə dünyada adını tanıdan klubdur. Bu işdə bizə köməklik edən dostlarımız Tomas Qoltz və Şakir Eminbəyliyə təşəkkür edirəm".

Filmin müəlliflərinə "Qarabağ" klubunun forması və diplom təqdim olunub.

T. Qolts bildirib ki, futbolu ona məhz "Qarabağ" klubu sevdirib: "Öncələr heç futbol terminlərini də bilmirdim. "Qarabağ" klubuna minnətdarlığımı bildiriəm ki, mənə futbolçu sevdirdi. Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter" klubu ilə oyundakı qolun sayılmamasına çox məyus oldum. Azərbaycanlı olmasam da, çox təəssüfləndim".

O, film haqqında da danışıb: "Bu, sırf futbol filmi deyil. Burada 1993-cü ildə "İmarət" stadionunda keçirilən son oyundan danışılıb. Futboldan başqa məqamlara da toxunmuşuq".

Ş. Eminbəyli ingiliscə çəkilən filmdə şəhəri olmayan komandanın belə yüksək səviyyəyə çatmasından bəhs olunduğunu qeyd edib. O, filmdə bəzi futbolçuların müsahibəsinin də yer aldığını deyib. Jurnalist sabah filmin təqdimatının olacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə