Olqa Xarlan: "Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək" FOTOLAR
Qılıncoynatma üzrə Olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Olqa Xarlan Azərbaycan Qılıncoynatma Federasiyasında milli komandamızın üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov da iştirak edib. Tanınmış ukraynalı idmançı yığmamızın üzvləri ilə söhbət edib və təcrübələrini onlarla bölüşüb. Görüşdə O. Xarlan Bakı 2015 I Avropa Oyunlarının hazırlıqlarının yüksək səviyyədə aparıldığını, Azərbaycanın Oyunları möhətəşəm şəkildə təşkil edəcəyinə əmin olduğunu qeyd edib.
Daha sonra idmançı jurnalistlərin suallarını cavablandırıb. O, Azərbaycana dəvət olunmamışdan öncə də ölkəmizdə I Avropa Oyunlarına aparılan hazırlıqla tanış olmaq arzsunda olduğunu deyib: "Buradakı idmançılarla tanış oldum, ünsiyyət qurdum. Bu dəvət gəlməmişdən əvvəl özüm də Bakı 2015 I Avropa Oyunlarından öncə Azərbaycanda olmaq, buradakı şəraitlə tanış olmaq istəyirdim. Burada gördüklərim ölkənizin I Avropa Oyunlarına 100 faiz hazır olduğunu göstərir. Əminəm ki, Azərbaycan Bakı 2015 I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək. Bu Oyunlar Avropanın yaddaşında uzun illər qalacaq. Azərbaycandakı şərait bizim ölkəmizdəki imkanlardan çox üstündür.
Mən Bakı Olimpya Stadionunda oldum və digər ölkələrin analoji stadionları ilə müqayisə etdim. Gördüklərimdən sonra başa düşdüm ki, Azərbaycan Bakı Olimpiya Stadionunda Olimpiya oyunlarının yarışlarını da keçirə bilər. Daha sonra Olimpiya Kəndinə getdim. Ora o qədər gözəl idi ki, saraylara bənzəyirdi. Kiyevdə belə şərait və görünüş ən gözəl otellərdə olur. Başqa ölkələrin Olimpiya Kəndləri Azərbayandakı Olimpiya Kəndi ilə müqayisədə yataqxanaya bənzəyirlər. Mən oradan şəkillər çəkərək, Oyunlarda iştirak edəcək idmançılara göndərdim. Buranın şəraiti onların çox xoşuna gəldi və onlar Azərbaycana gəlməyi səbirsizliklə gözləyirlər".
O. Xarlan Ukrayna yığmalarının I Avropa Oyunlarına əsas heyətlə gələcəyini bildirib: "I Avropa Oyunları Ukrayna üçün mühim yarışdır. Ukrayna Oyunlara əsas heyətlə gələcək. Biz artıq I Avropa Oyunları üçün xüsusi formalarımızın sifarişini də vermişik. Nə qədər idmançının gələcəyi barədə dəqiq məlumatım yoxdur, amma təqribən Olimpiya Oyunlarında iştirak etmiş idmançıların sayı qədər olacaq. London Olimpiadasında bizim ölkəmizdən 250 idmançı iştirak etmişdi. Bakı 2015 I Avropa Oyunlarına qılıncoynatma idman növü üzrə 11 nəfər idmançı gələcək. Bu da sözügedən idman növü üzrə Olimpiya Oyunlarına gedən heyətdən çoxdur. Avropa Oyunlarından sonra dünya çempionatında iştirak edəcəyik. I Avropa Oyunlarında yaxşı nəticələr qazanmaq istəyirik".



.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB