İsveçrə millisi Avropa Oyunlarına hazırlaşır

İsveçrə millisi Avropa Oyunlarına hazırlaşır

"Bakı-2015" ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda mübarizə aparacaq İsveçrə yığması yoldaşlıq görüşləri keçirib. Avropa Oyunlarında Azərbaycan, Portuqaliya və Ukrayna ilə "A" qrupunda mübarizə aparacaq İsveçrə yığması İspaniyada təlim-məşq toplanışı çərçivəsində İngiltərə və Estoniya millilərinə qarşı oyun keçirib. İsveçrəlilər İngiltərə yığmasını 4:1, Estoniya yığmasını isə 13:3 hesabı ilə məğlub ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə