"Qəbələ" "Simurq"la oyunun hazırlığını başa vurub

"Qəbələ" "Simurq"la oyunun hazırlığını başa vurub

Topaz Premyer Liqasının XXIX turunda "Simurq"la qarşılaşacaq "Qəbələ" oyunun hazırlığını başa vurub. SİA-nın məlumatına görə, görüşə matçın keçiriləcəyi Qəbələ stadionunda hazırlaşan "qırmızı-qaralar" oyunöncəsi son məşqini də doğma arenada reallaşdırıb. Roman Qriqorçukun yetirmələri daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Yüngül zədədən sonra bərpa prosesi keçən Rafael və Aleksandru fərdi məşqlə kifayətləniblər. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə