Jurnalist təşkilatı "Neftçi" rəhbərliyinə təkliflər təqdim edəcək

Jurnalist təşkilatı "Neftçi" rəhbərliyinə təkliflər təqdim edəcək

"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi "Neftçi" futbol klubunun azərkeşlərlə iş sahəsində əlaqələrinə dair yeni təkliflərini klubun Müşahidə Şurasının sədri seçilən yazıçı Çingiz Abdullayevə təqdim edəcək. SİA-nın məlumatına görə, təşkilatın sədri Mətləb Salahov jurnalistlərə bildirib ki, "Neftçi" kimi tarixi bir komandanın oyunlarına 300-400 azarkeşin gəlməsi, əsas azarkeş ordusunun isə, ən yaxşı halda ekran başında oyunları izləməsi acınacaqlı haldır: "Təəssüf ki, ölkəmizdə əsl futbol biznesi, futbolun azərkeş oyunu olduğu barədə heç bir qayda və düşüncə formalaşmayıb. Futbol ən böyük gəlir gətirən biznesidir. Bu biznesin iki aparıcı faktorundan birincisi azarkeşlərdir. Azarkeşsiz çempionat məhəllə oyunundan da aşağı səviyyədədir. "Neftçi" kimi tarixi bir komanda üçün isə, yuxarıda dediyim azarkeş göstəricisi əsl biabırçılıqdır. Azərbaycanın əksər futbol klubları, gəlirsiz uşaq evlərini xatırladır. Azarkeşlərlə iş baxımından bu klublarda heç aşağı səviyyədə də olsun peşəkar kadrlar yoxdur. Biz "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə azarkeşlərlə bağlı yeni təkliflərimizi təqdim edəcəyik. Bu, olduqca real təkliflərdir. Əminəm ki, yeni rəhbərlik elan etdiyi kimi, "Neftçi" üçün iş görmək istəyən insanları bir araya cəmləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə