Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.
Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyublar. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.
59 kq
14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)
66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)
17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)
71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (1)
75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (1)
85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB