Yığma komandamıza yeni baş məşqçi təyin olundu

Yığma komandamıza yeni baş məşqçi təyin olundu

AFFA-nın rəhbərliyi Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Mirbağır İsayevin istefasını qəbul edib. SİA-nın məlumatına görə, U-17-nin baş məşqçisi vəzifəsi 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənova həvalə olunub.

Xatırladaq ki, Mirbağır İsayev U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə