“Neftçi” və “Qarabağ” üçün yubiley matçı

“Neftçi” və “Qarabağ” üçün yubiley matçı

Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub - "Neftçi" və "Qarabağ" yubiley matçına çıxıb. Peşəkar Futbol Liqasından bildiriblər ki, 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar. Hər iki komanda Topaz Premyer Liqasının 28-ci turunadək 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. "Neftçi" "Simurq"la, "Qarabağ" isə "Bakı" ilə səfər oyununda 650-yə çatıb.

"Neftçi" 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. "Qarabağ" üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub.

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk "beşlik"də "Turan" (584), "Bakı" (510) və "Kəpəz" (482) də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə