AFFA-nın baş katibi görüş keçirib

AFFA-nın baş katibi görüş keçirib

AFFA-nın baş katibi Elxan Məmmədov aprelin 6-da Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla görüşüb. AFFA-dan verilən məlumata görə, görüşdə U-16, U-17, U-19 və U-21 yığma komandalarının son rəsmi və yoxlama oyunları ilə bağlı geniş müzakirə aparılıb, hesabat təqdim olunub.

Komitə üzvlərinin və texniki direktorun fikirləri səsləndikdən sonra baş katib tərəfindən gələcək işlər barədə müvafiq tapşırıq və tövsiyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə