Rumıniyada bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığma komandamızın lideri Marina Durunda hər dörd növdə finala çıxaraq, lentlə hərəkətlərə görə bürünc medal qazanıb. Top və halqa ilə icra olunmuş hərəkətlərə görə gimnastımız 4-cü yerdə, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci yerdə qərarlaşıb. Öz növbəsində, Gülsüm Şəfizadə gürzlər və lent ilə hərəkətlərin finallarına çıxıb, lakin medal qazanmağın bir neçə addımlığında dayanıb.
Rumıniyanın paytaxtında Dünya Kuboku ilə eyni zamanda keçirilən beynəlxalq turnirdə isə 2 gimnastımız - Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.
Senior gimnastımız Ayşən Bayramova yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. O, həmçinin halqa və gürzlər ilə icra olunmuş hərəkətlərə görə 2 gümüş medal qazanıb. Jalə Piriyeva 4 hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olub, həmçinin halqa ilə finalda ən yaxşı nəticə göstərib. Bundan əlavə, onun hesabına 2 gümüş (top və iplə) və 1 bürünc medal (gürzlər ilə) yazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB