Elbrus Məmmədov: "Səhvlərdən sonra qollar vuruldu"

Elbrus Məmmədov: "Səhvlərdən sonra qollar vuruldu"

Topaz Premyer Liqasının XXVIII turuna "İnter Arena"da yekun vurulub. SİA-nın məlumatına görə, həmin oyunda "İnter" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransında hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:

Elbrus Məmmədov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün səhvlərdən sonra qollar vuruldu. Ümid edirəm ki, "Neftçi" ilə ev oyununda bu tip səhvlər etmərik".

Kaxaber Sxadadze ("İnter"in baş məşqçisi): "Öz komandamı yaxşı oyun münasibəti ilə təbrik edirəm. "Xəzər Lənkəran"la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik. Digər tərəfdən yanaşsaq, heyətlə bağlı problemlərimiz vardı. Başa düşürəm ki, "Xəzər Lənkəran" gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə