Arif Əsədov: "Nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik"

Arif Əsədov: "Nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik"

Topaz Premyer Liqasının XXVIII turu "Neftçi" üçün uğurlu alınıb. SİA-nın məlumatına görə, paytaxt klubu Zaqatalada "Simurq"u 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:

Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "Oyuna çox ciddi hazırlaşmışdıq. Zaqatalaya oyundan iki gün öncə gəlmişdik. Bütün bunlar matça nə qədər ciddi hazırlaşdığımızı göstərir. Hesab edirəm ki, nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik və qələbə qazandıq. Düzdür, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə isə dəyişikliklər edib, lazım olan nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq".

George Çixradze ("Simurq"un baş məşqçisi): "Oyun barədə nə demək olar? Məğlubiyyətə görə məyusam. Bu gün iki fərqli hissə izlədik. İlk hissədə üstün idik, ikinci hissədə isə zəif təsir bağışladıq. Rəqib adi bir qol vəziyyətindən yararlandı və qələbə qazandı".

Bütün xəbərlər Facebook səhifəmizdə