Kunq-fu sanda üzrə Portuqaliyada keçirilən dünya çempionatında idmançılarımız 4 qızıl və 2 gümüş medal qazanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qızıl medalları komandamıza Ramil Allahverdiyev (60 kq), Fəqan Məmmədov (70 kq), Kamil Ağazadə (80 kq) və Məzahir Əliyev (90 kq) qazandırıblar. Gümüş medalların sahibləri isə Abbas Hümbətov (70 kq) və Elçin Atakişiyev (80 kq) olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB