"Sumqayıt" üzərindəki əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına start verən "Xəzər Lənkəran" məşqlərini yekunlaşdırmaq üzrədir. SİA-nın məlumatına görə, IV dövrənin ilk turunda "İnter"in qonağı olacaq komanda Lənkərandakı hazırlığını tamamlayıb. Bu gün paytaxta yola düşəcək "Xəzər Lənkəran" dincəldikdən sonra oyunöncəsi son məşqini keçirmək üçün "İnter Arena"ya gedəcək və məşqi yekunlaşdırıb oyun saatını gözləyəcək. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB