“Qarabağ” III dövrənin qalibidir STATİSTİKA

“Qarabağ” III dövrənin qalibidir STATİSTİKA

Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. SİA-nın məlumatına görə, 2015-ci ildə baş tutan 9 turun nəticələrinə əsasən "Qarabağ" dövrənin qalibi olub. Ağdam təmsilçisi 8 qarşılaşmada 19 xal əldə edib. Hamıdan çox - 6 qələbə qazanan Qurban Qurbanovun yetirmələri ən az - 3 qol buraxmaqla da hamıdan üstün olub. Lider ən yaxın izləyicisi "İnter" kimi hamıdan az - 1 məğlubiyyətə üzülüb və ən yaxşı top fərqinə (+7) nail olub. Paytaxt təmsilçisi isə hamıdan çox - 12 qol vursa da, heç-heçə sayında (3) öndə olması səbəbindən az xal toplayıb. "İnter" kimi 15 xal toplayan "Qəbələ" isə heç-heçə etməməsi ilə diqqət çəkib. "Xəzər Lənkəran" da dövrəni bərabərliksiz keçib. "Sumqayıt"la "Bakı" qələbə qazana bilməyib.

Qeyd edək ki, I dövrənin təxirə salınan AZAL – "Neftçi" oyunu 2015-ci ildə keçirilsə də, III dövrəyə aid olmadığından cədvəldə nəzərə alınmayıb.

Yer

Komanda

Q

H

M

T-F

Xal

1

Qarabağ

6

1

1

10 - 3

19

2

Qəbələ

5

0

3

11 - 8

15

3

İnter

4

3

1

12 - 5

15

4

Simurq

4

2

2

10 - 4

14

5

AZAL

4

2

2

9 - 5

14

6

Neftçi

4

1

3

9 - 6

13

7

Xəzər Lənkəran

2

0

6

8 - 16

6

8

Sumqayıt

0

4

4

4 - 9

4

9

Bakı

0

1

7

2 - 19

1

Bütün xəbərlər Facebook səhifəmizdə