I Avropa Oyunlarının biletlərinin satışına start verilib FOTOSESSİYA

I Avropa Oyunlarının biletlərinin satışına start verilib FOTOSESSİYA

Bu gün Bakı 2015 I Avropa Oyunlarının biletlərinin satışına start verilib. SİA-nın məlumatına görə, bununla əlaqədar "Park Bulvar" Ticarət Mərkəzində tədbir keçirilib. Tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbəsinin müdiri Miryam Boqatay, "ulduz elçilər", könüllülər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya Bakı 2015 I Avropa Oyunlarının ilk biletlərinin təqdim olmasını əks edirən və Oyunların biletlərinin satışa çıxarılması ilə bağlı videoçarx nümayiş olunub.

Ulduz elçilər Cabir İmanov, Bəhram Bağırzadə, Eldar Qasımov və digərləri çıxış edib hər kəsi I Avropa Oyunlarına dəvət ediblər. Gənclər arasında viktorina keçirilib və onlara hədiyyələr təqdim olunub. Eldar Qasımov musiqi nömrələri ilə çıxış edib.

Qeyd edək ki, bu gündən ümumilikdə 12 bilet satış məntəqəsindən 8-i fəaliyyətə başlayıb. Əsas bilet satış məntəqələri "Park Bulvar", "28 Mall" və "Metropark" Ticarət Mərkəzlərindədir. Açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadəkdir. Seçmə mərhələdə Oyunlara biletlərin qiymətləri 2-3 manat, final mərhələlərinə 3-5 manatdır. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manata olacaq. Uşaqların valideynləri yanlarında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq.

Biletlərin qiymətlərini, satış məntəqələrinin ünvanlarını və digər məlumatları əks etdirən cədvəli nəzərinizə çatdırırıq:

Bütün xəbərlər Facebook səhifəmizdə