Sinxron üzgüçülər Şelbi Kasse və De Brouver bacıları Hollandiya yeniyetmələr çempionatında qızıl medala yiyələniblər. SİA-nın məlumatına görə, Kasse solo sinxron üzgüçülük üzrə keçirilmiş milli çempionatda Adriani Vasilakisi 0,2 xal qabaqlayaraq birincilik əldə edib. Keti Alberts isə yarışı üçüncü yerdə başa vurub.
Noorte De Brouver və Bregje Brouver duet yarışlarında Femke Bronkhorst və Vasilakisi qabaqlayaraq ən yüksək fəxri mükafata layiq görülüblər. Lisa Van Den Berg və Laura Van Meel isə bürünc medal qazanıblar.
Bakı 2015 Avropa Oyunlarında hansı hollandiyalı idmançıların iştirak edəcəyi hələ dəqiq məlum deyil. Belə ki, Hollandiyanın müvafiq federasiyası hansı üzgüçülərin Bakıya, hansıların isə gənclər arasında Avropa çempionatına göndəriləcəyi barədə qərar qəbul etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB