Dünya çempionatı təmsilçilərimiz üçün uğurlu olub FOTOLAR

Dünya çempionatı təmsilçilərimiz üçün uğurlu olub FOTOLAR

Portuqaliyada keçirilən dünya çempionatı təmsilçilərimiz üçün uğurlu olub. SİA-nın məlumatına görə, Portuqaliyanın Vaqos şəhərində Kikboksinqin WCA (Dünya Döyüş Növləri Assosiasiyası) versiyası üzrə dünya çempionatı keçirilib. Mündialda ölkəmiz bir neçə döyüş növü üzrə təmsil olunub. Azərbaycanı təmsil edən HAP Kİ DO federasiyası üzvüləri və Daxili İşlər Nazirliyinin əməkdaşları da turnirə qatılıblar. İdmançılarımız sözügedən çempionatda böyük uğura imza atıblar. Belə ki, "sanda" döyüş növündə çıxış edən, 90 kq mübarizə aparan Məzahir Əliyev qızıl 1 yer, 80 kq çəki dərəcəsində mübarizə aparan Elçin Bəşirzadə gümüş medal 2 yerə layiq görülüb. Lou –kik versiyası üzrə mübarizə aparan Eduar Məmmədov (60 kq) 21- ci dəfə dünya çempionu adını qazanıb.

Digər döyüş növlərində də idmançlarımız uğur qazana bilib. Dünyada populiyar döyüş növlərindən olan K-1 döyüş növündə 71 kq çəki dərəcəsində döyüşən Ramal Aslanov qızıl medal qazanıb. Kikboqsinq döyüş növündə mübarizə aparan Elnur Həmidov isə gümüş medalla 2 yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə