Aprelin 9-11-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq manejində atçılığın konkur növü üzrə "Bahar Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, İran və s. ölkələrin idmançıları dəvət olunub. Yarışlarda ümumilikdə 25-ə yaxın çapar 50-dək atla mübarizə aparacaq. Turnirə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.
Yarışın ümumi mükafat fondu 53 min avro təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB