Dünya Kubokunda yarışacaq millimizin heyəti açıqlandı FOTOLAR

Dünya Kubokunda yarışacaq millimizin heyəti açıqlandı FOTOLAR

Bu gün sərbəst güləş üzrə Azərbaycan milli komandasının açıq məşqi keçirilib. SİA-nın məlumatına görə, Olimpiya Güləş Mərkəzində təşkil olunan məşqi Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyev, federasiyanın baş katibi Əjdər Cəfərov, digər federasiya rəsmiləri və jurnalistlər izləyiblər.

Hazırlıq zamanı Namiq Əliyev aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kubokunda yarışacaq yığma komandamızın heyətini açıqlayıb. O qeyd edib ki, ABŞ-da ölkəmizi Yaşar Əliyev, Cəlal Süleymanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Maqomed Muslimov (65 kq), Ruslan Dibirhaciyev (70), Murad Süleymanov, Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcək. Federasiyanın I vitse-prezidenti idmançılarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, Dünya Kubokunda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında mübarizə aparacaq milli komandamız "B" qrupunda İran, Belarus və Türkiyə yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə