Elbrus Məmmədov: "Edilən dəyişikliklər bəhrəsini verdi"

Elbrus Məmmədov: "Edilən dəyişikliklər bəhrəsini verdi"

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının XXVII turunda "Xəzər Lənkəran" "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:

Elbrus Məmmədov ("Xəzər Lənkəran"ın baş məşqçisi): "Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün.
Oyuna gəldikdə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydançada əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm".

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Maraqlı oyun alındı. Oyunun gedişi göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni "Xəzər Lənkəran" qazandı. Səhvlərimiz göz önündədir. Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda "Bakı" ilə keçiriləcək oyunda son qoymaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə