27-ci turu çərçivəsində üç oyun keçirilib

27-ci turu çərçivəsində üç oyun keçirilib

Bu gün futbol üzrə Topaz Premyer Liqası yarışlarının 27-ci turu çərçivəsində üç oyun keçirilib. İlk oyun Zaqatala şəhər stadionunda "Simurq" və AZAL komandaları arasında keçirilib. Draqan Çeranın vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edən "Simurq" turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

"Bakcell Arena"da "Bakı"nı qəbul edən "Neftçi" komandası rəqib qapısından iki cavabsız top keçirib. "Neftçi"nin heyətində Nikolas Kanales və Julius Vobay fərqləniblər.

"Xəzər-Lənkəran" komandası doğma meydanda "Sumqayıt"ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. Lənkəran təmsilçisinin heyətində Rasim Ramaldanov, Adrian Skarlatake, rəqib komandadan isə Slavik Alxasov və Aleksandr Çertoqanov fərqləniblər. Oyunda "Sumqayıt"ın futbolçusu Ruslan Poladov avtaqolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə