Teymur Rəcəbov "ShamkirChess 2015"də iştirak etməyəcək

Teymur Rəcəbov "ShamkirChess 2015"də iştirak etməyəcək

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib. SİA-nın məlumatına görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək. "ShamkirChess 2015"də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.

Qeyd edək ki, "Synergy Group" ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə