Rövnəq Abdullayev: "Neftçi"də 7 nəfərdən ibarət Müşahidə Şurası yaradıldı"
Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binasında "Neftçi" klubunun Müşahidə Şurası üzvləri ilə görüşdən sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, AFFA İcraiyyə Komitəsində klubların ictimailəşdirilməsinə qərar verildiyini qeyd edib: "Neftçi" idman cəmiyyətində 5000-dək idmançı və mütəxəssis var idi. "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubu "Neftçi" İdman Klubunun tərkibinə verildi. "Neftçi"də 7 nəfərdən ibarət Müşahidə Şurası yaradıldı. Çingiz Abdullayev Müşahidə Şurasının sədri, Mübariz Zeynalov, Səmədağa Qurbanov, Bəhram Bağırzadə, Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər şuranın üzvü oldu.
Klub idarə heyəti tərəfindən idarə olunacaq. Artıq klub rəhbəri təyinat aparmayacaq. Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. "Neftçi"nin idman cəmiyyəti tərkibinə verilməsi barədə qərar verdik. Müşahidə Şurası bu işə həvəslə və sevə-sevə başlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB