Rusiya prezidenti Vladimir Putin tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı iyunda Bakıya gələ bilər. SİA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov yerli mətbuata açıqlama verib. Onun sözlərinə görə, Rusiya prezidenti Bakı 2015 Avropa Oyunlarına dəvət olunub: "Prezident V. Putin I Avropa Oyunlarına dəvət olunub. Bu səfərin olacağı istisna deyil. Amma yekun qərar qəbul olunanda, əlavə məlumat veriləcək".
Xatırladaq ki, I Avropa Oyunları bu il iyun ayının 12-dən 28-dək Bakı və Mingəçevir şəhərlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB