"Neftçi" PFK mediada klub prezidenti Sadıq Sadıqovun istefası barədə yayılan məlumatlara aydınlıq gətirib. SİA-nın xəbərinə görə, klubun rəsmi saytında yer alan məlumatda qeyd olunur ki, S. Sadıqov istefa verməyib: "Heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda "Neftçi" PFK-nın da prezidentidir. "Neftçi" PFK bir müddət əvvəl "Neftçi" İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB