Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı və beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu yarışlar Vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıdan gələn Bakı 2015 Avropa Oyunlarının idman səfiri Marina Durunda top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək, 4-cü yerdə qərarlaşıb. Bundan əlavə o, çoxnövçülükdə 5-ci yer tutub.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazanıb.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Əfsanəvi pop musiqisinin kralı Maykl Ceksonun "Smooth Criminal" mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur olmuş bu çıxış bütün tamaşaçıları ayağa qaldırıb. Yarışın nəticələrinə əsasən, 4-cü olan Azərbaycan gimnastlarının çıxışları gurultulu alqışlar ilə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB