"Neftçi" klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə AYB-nin katibi Çingiz Abdullayev rəhbərlik edəcək. Bu haqda SİA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. "Ç.Abdullayevin "Nefçi" klubunun prezidenti olması gözlənilən xəbər idi. Qərarın bu gün ərzində rəsmən elan ediləcəyi gözlənilir".
Qeyd edək ki, S.Sadıqov 2009-cu ildən "Neftçi"nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB