Samboçumuz Ermənistanı belə təhqir etdi

Samboçumuz Ermənistanı belə təhqir etdi

Moskvada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 90 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan idmançısı Bəxtiyar Abbasov mükafatlandırma mərasimində maraqlı hərəkət edib. SİA-nın məlumatına görə, birinci yerə erməni idmançı Aşot Danielyan çıxdığına görə Ermənistan himni səsləndirilərkən kürsüdə olan B. Abbasov ayaq üstə dayanmaqdan imtina edərək oturub.

Qeyd edək ki, bu çəkidə gümüş medalı rusiyalı Viktor Osipenko, idmançımızla yanaşı, digər bürünc medalı isə belaruslu Sergey Lesyak qazanıb.

Yarışda ölkəmizi ümumilikdə 8 idmançı ilə təmsil edib. Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq), Kənan Qasımov (90 kq), Elnur Əhmədov (62 kq) və Mövlud Mirəliyev (100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Bəxtiyar Abbasov Ermənistanın işğal etdiyi Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com