Amil Qasımov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan samboçuları Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilən Dünya Kubokunda daha 2 medal qazanıb.
Medallardan biri qızıl, digəri bürünc olub.
74 kq çəki dərəcəsində çıxış edən Amil Qasımov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmuraz Qasımov isə 100 kq çəkidə üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Dünya Kubokunun ilk günündə Azərbaycan samboçuları 2 gümüş və 2 bürünc medala sahib olub. Yarışa martın 30-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB