Gimnastımız qızıl medal qazandı

Gimnastımız qızıl medal qazandı

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə "World Challenge Cup" turnirinin növbəti mərhələsində Azərbaycan təmsilçisi Oleq Stepko qızıl medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, Oleq Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan idmançılarının qazandığı ilk qızıldır.

Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə